ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ ٣٥
Alladhīna yujādilūna fī āyātillāhi bighayri sultānin atāhum kabura maqtan 'indallāhi wa'indal-ladhīna āmanū kadhālika yatba'ullāhu 'alā kulli qalbi mutakabbirin jabbār
O kəslər ki, özlərinə bir dəlil gəlmədiyi halda, Allahın ayələri barəsində mücadilə edirlər. Bu, həm Allah yanında, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər bir təkəbbürlünün və zalımın qəlbini belə möhürləyər.
Təfsir
O kəslər ki, özlərinə bir dəlil və sübut gəlmədiyi halda, Allahın ayələri barəsində mübahisə edirlər ki, onun batil olduğunu isbat etsinlər. Onların bu mübahisəsi, həm Allah yanında, həm də, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər yanında nifrət artırar. Allah, Quran ayələrinin batil olduğunu isbat etmək üçün, o ayələr barədə mübahisə edənlərin qəlbinə möhür vurduğu kimi, haqqı qəbul etməyən hər bir təkəbbürlü və azğın qəlbi də möhürləyər və onu nə doğru yola yönəldər, nə də xeyirli bir iş görməyə müvəffəq edər.