Ghafir surəsi, ayə 25

40:25

فَلَمَّا جَآءَهُم بِٱلۡحَقِّ مِنۡ عِندِنَا قَالُواْ ٱقۡتُلُوٓاْ أَبۡنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسۡتَحۡيُواْ نِسَآءَهُمۡۚ وَمَا كَيۡدُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ ٢٥

Falammā jā'ahum bil-haqqi min 'indinā qāluqtulū abnā'al-ladhīna āmanū ma'ahū wastahyū nisā'ahum wamā kaydul-kāfirīna illā fī dalāl

(Musa) onlara Bizim tərəfimizdən haqq ilə gəldikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Kafirlərin hiyləsi boşa çıxar.

Təfsir

Musa onlara özünün doğru danışdığını təsdiq edən dəlillər gətirdikdə, Firon dedi: “Onları alçaltmaq üçün, onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Möminlərin sayını azaltmaq üçün kafirlərin qurduqları hiylələr boşa çıxar və bu hiylələrin heç bir təsiri olmaz.