Fussilat surəsi, ayə 9

41:9

۞ قُلۡ أَئِنَّكُمۡ لَتَكۡفُرُونَ بِٱلَّذِي خَلَقَ ٱلۡأَرۡضَ فِي يَوۡمَيۡنِ وَتَجۡعَلُونَ لَهُۥٓ أَندَادٗاۚ ذَٰلِكَ رَبُّ ٱلۡعَٰلَمِينَ ٩

Qul a'innakum latakfurūna billadhī khalaqal-arda fī yawmayni wataj'alūna lahū andādan dhālika rabbul-'ālamīn

(Ey Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki (bazar və birinci) gündə yaradana küfr edir və Ona şəriklər qoşursunuz?! O, aləmlərin Rəbbidir.

Təfsir

Ey Peyğəmbər, müşriklərə məzəmmət edərək belə de: “Siz nə üçün yeri iki gün­də - bazar günü və bazar ertəsi yaradan Allaha küfr edir və Ona şəriklər qoşub onlara ibadət edirsiniz?! O ki, bütün məxluqatın Rəb­bi­dir.