Az-Zumar surəsi, ayə 50

39:50

قَدۡ قَالَهَا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٥٠

Qad qālahal-ladhīna min qablihim famā aghnā 'anhum mā kānū yaksibūn

Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları (dünya malı və oğul-uşaq) onlara heç bir fayda vermədi.

Təfsir

Bu sözü onlardan əvvəl yaşamış kafir­lər də de­mişdilər. Lakin onların əldə etdikləri mal-dövlət və şan-şöhrət on­lara heç bir fayda vermədi.