Az-Zumar surəsi, ayə 39

39:39

قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ ٣٩

Qul yāqawmi'malū 'alā makānatikum innī 'āmilun fasawfa ta'lamūn

(Ey Peyğəmbər!) De: “Ey qövmüm! Əlinizdən gələni (istədiyinizi) edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki,

Təfsir

Ey Peyğəmbər, de: “Ey qövmüm! Siz özünüzün razı qaldığınız əmələ - Allaha şərik qoşmağınıza davam edin, mən də, Rəbbimin mənə buyurduğunu yerinə yetirməyə - tövhidə dəvət etməyə və ixlasla Ona ibadət etməyə davam edəcəyəm. Siz bu iki yolu tutanların aqibətinin nə olduğunu tezliklə biləcəksi­niz.