إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ٢
Innā anzalnā ilaykal-kitāba bil-haqqi fa'budillāha mukhlisal lahud-dīn
Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!
Təfsir
Ey Peyğəmbər, Biz Quranı sənə haqq olaraq nazil etdik. Onun içindəki xəbərlərin hamısı doğru, hökmlərinin də, hamısı ədalətləidir. Buna görə sən də, dini Tək Allaha aid edib şirkdən uzaq durararq yalnız Ona ibadət et!