قَٰتِلُوهُمۡ يُعَذِّبۡهُمُ ٱللَّهُ بِأَيۡدِيكُمۡ وَيُخۡزِهِمۡ وَيَنصُرۡكُمۡ عَلَيۡهِمۡ وَيَشۡفِ صُدُورَ قَوۡمٖ مُّؤۡمِنِينَ ١٤
Qātilūhum yu'addhibhumullāhu bi aydīkum wayukhzihim wayansurkum 'alayhim wayashfi sudūra qawmim mu'minīn
Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin qövmün qəlbini sevindirsin
Təfsir
Ey möminlər! Müşriklərlə döyüşün. Siz onlarla döyüşün ki, Allah sizin əlinizlə onları öldürmək, məğlub etmək və ya əsir götürməklə onlara əzab versin. Möminlərdən, düşmənlərinin öldürülməsinə, onların əsir götürülməsinə, məğlub edilməsinə və Uca Allahın möminlərə düşmənlərinə qarşı yardım etməsinə şahid olmayan mömin camaatın qəlbini sevindirsin.