At-Talaq surəsi, ayə 10

65:10

أَعَدَّ ٱللَّهُ لَهُمۡ عَذَابٗا شَدِيدٗاۖ فَٱتَّقُواْ ٱللَّهَ يَٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٱلَّذِينَ ءَامَنُواْۚ قَدۡ أَنزَلَ ٱللَّهُ إِلَيۡكُمۡ ذِكۡرٗا ١٠

A'addallāhu lahum 'adhāban shadīdan fattaqullāha yā'ulil-albābil-ladhīna āmanū qad anzalallāhu ilaykum dhikrā

Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etdi.

Təfsir

Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Ey Allahın əmrlərini yerinə yetirib Onun qadağan etdiyi işlərdən çəkinməklə Allaha və Onun rəsuluna iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun ki, onların başlarına gələnlər, sizin də başınıza gəlməsin! Allah sizə elə bir zikr nazil etmişdir ki, bu sizə Ona asi olmağın pis aqibətini, habelə, Ona itaət etməyin gözəl nəticəsini xatırladır.