At-Tahrim surəsi, ayə 11

66:11

وَضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ ءَامَنُواْ ٱمۡرَأَتَ فِرۡعَوۡنَ إِذۡ قَالَتۡ رَبِّ ٱبۡنِ لِي عِندَكَ بَيۡتٗا فِي ٱلۡجَنَّةِ وَنَجِّنِي مِن فِرۡعَوۡنَ وَعَمَلِهِۦ وَنَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ١١

Wadaraballāhu mathalal lilladhīna āmanumra'ata fir'awna idh qālat rabbibni lī 'indaka baytan fil-jannati wanajjinī min fir'awna wa'amalihī wanajjinī minal-qawmiz-zālimīn

Allah iman gətirənlərə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım qövmdən xilas et!”– demişdi.

Təfsir

Allah, Allaha və Onun rəsuluna iman gətirənlərə Fironun zövcəsini misal çəkir ki, möminlər haqq üzərində sabit qaldıqları müddətcə onların kafirlərlə qohumluq əlaqəsi olmasının onlara heç bir zərər yetirməyəciyini və onlara mənfi təsir göstərməyəcəyini bildirsin. O zaman o qadın: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Fironun zülmündən, onun hökmranlığından və onun pis əməllərindən xilas et. Məni, həmçinin, Fironun azğınlığını və zülmünü dəstəkləyən zalım qövmdən xilas et!” – demişdi.