As-Saffat surəsi, ayə 145

37:145

۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ ١٤٥

Fanabadhnāhu bil-'arā'i wahuwa saqīm

O xəstə olduğu bir halda Biz onu (ağac və bitki olmayan) boş bir yerə çıxartdıq.

Təfsir

O, balığın qarnında uzun müddət qaldığına görə, halsız olduğu vəziy­yətdə, Biz onu balığın qarnından çıxardıb, heç bir ağac və tikili olmayan boş bir sahəyə atdıq.