فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ ١١
Fastaftihim ahum ashaddu khalqan am man khalaqnā innā khalaqnāhum min tīnil lāzib
Onlardan (öldükdən sonra yenidə dirilməyi inkar edən kafirlərdən) soruş: Onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz onları yapışqan bir palçıqdan yaratdıq.
Təfsir
Ey Muhəmməd, dirilməni inkar edən kafirlərdən soruş: onlar xilqətcə daha möhkəm, bədəncə daha güclü və daha böyük məxluqdurlar, yoxsa Bizim yaratdığımız göylər, yer və mələklər? Biz o kafirləri yapışqan kimi bir palçıqdan yaratmışıq. Onlar yapışqan palçıqdan yaradılmış zəif məxluq olduqları halda, dirilməni necə inkar edirlər?!