وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖۚ وَلَئِن جِئۡتَهُم بِـَٔايَةٖ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا مُبۡطِلُونَ ٥٨
Walaqad darabnā lin-nāsi fī hādhal-qur'āni min kulli mathalin wala'in ji'tahum bi'āyatil layaqūlannal-ladhīna kafarū in antum illā mubtilūn
Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir ayə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər.
Təfsir
Biz bu Quranda insanlar üçün - onlara göstərdiyimiz qayğıdan dolayı - hər cür məsəllər çəkdik ki, onlar haqqı batildən ayırd edə bilsinlər. Ey Peyğəmbər! Əgər sən onlara söylədiklərinin doğru olduğunu isbat etmək üçün bir möcüzə gətirsən, Allaha qarşı küfr edənlər mütləq deyəcəklər: “Siz öz sözlərinizlə yalnız yalan uyduranlarsınız!”