وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن يُرۡسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٖ وَلِيُذِيقَكُم مِّن رَّحۡمَتِهِۦ وَلِتَجۡرِيَ ٱلۡفُلۡكُ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ٤٦
Wamin āyātihī an yursilar-riyāha mubasshirātin waliyudhīqakum mir rahmatihī walitajriyal-fulku bi amrihī walitabtaghū min fadlihī wala'allakum tashkurūn
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və (sizə verdiyi nemətlərə) şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir.
Təfsir
Sizə, - ey insanlar - yağışı nazil etdikdən sonra məhsuldarlıq və bolluq nəsib etmək üçün Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər dənizdə üzsün, dəniz vasitəsilə ticarət edib Onun lütfünü arayasınız və Allahın sizə verdiyi nemətlərə şükür edəsiniz və O da sizə olan nemətlərini artırsın deyə, insanları yağışın nazil olacağı ilə müjdələmək üçün küləkləri göndərməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir.