وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفُ أَلۡسِنَتِكُمۡ وَأَلۡوَٰنِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡعَٰلِمِينَ ٢٢
Wamin āyātihī khalqus-samāwāti wal-ardi wakhtilāfu alsinatikum wa alwānikum inna fī dhālika la'āyātil lil-'ālimīn
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün dəlillər vardır!
Təfsir
Göylərin və yerin yaradılışı, habelə, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən, bu deyilənlərdə elm və bəsirət sahibləri üçün açıq-aydın dəlillər vardır!