وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ إِذَآ أَنتُم بَشَرٞ تَنتَشِرُونَ ٢٠
Wamin āyātihī an khalaqakum min turābin thumma idhā antum basharun tantashirūn
(Allahın) sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir bəşər olaraq (yer üzünə) yayıldınız.
Təfsir
Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərindən biri də, Onun sizi -ey insanlar- torpaqdan yaratmasıdır. O, atanız Adəmi palçıqdan yaratmış, sonra da siz doğub-törəmiş, artmış və məşriqdən məğribədək yer üzünə yayılmısınız.