وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآيِٕ ٱلۡأٓخِرَةِ فَأُوْلَٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ١٦
Wa ammal-ladhīna kafarū wakaddhabū bi'āyātinā waliqāy'il-ākhirati fa ulā'ika fil-'adhābi muhdarūn
Amma kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sayanlara gəlincə, onlar əzaba düçar ediləcəklər.
Təfsir
Allaha qarşı küfr edən və peyğəmbərimizə nazil etdiyimiz ayələri, habelə, dirilməni və haqq-hesaba çəkilməni yalan sayanlar - məhz onlar əzaba düçar ediləcək və orada əbədi qalacaqlar.