أَفَمَنۡ هُوَ قَآئِمٌ عَلَىٰ كُلِّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۗ وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ قُلۡ سَمُّوهُمۡۚ أَمۡ تُنَبِّـُٔونَهُۥ بِمَا لَا يَعۡلَمُ فِي ٱلۡأَرۡضِ أَم بِظَٰهِرٖ مِّنَ ٱلۡقَوۡلِۗ بَلۡ زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ مَكۡرُهُمۡ وَصُدُّواْ عَنِ ٱلسَّبِيلِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ٣٣
Afaman huwa qā'imun 'alā kulli nafsi bimā kasabat waja'alū lillāhi shurakā'a qul sammūhum am tunabbi'ūnahū bimā lā ya'lamu fil-ardi am bizāhirim minal-qawli bal zuyyina lilladhīna kafarū makruhum wasuddū 'anis-sabīli waman yudlilillāhu famā lahū min hād
Hər kəsin qazandığına nəzarət edən Allah, buna qadir olmayan bütlər kimidirmi?! (Buna rəğmən müşriklər) Allaha şəriklər qoşurlar. De: “Onların adlarını deyin görək! Yoxsa siz (Allaha) yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözləri xəbər verirsiniz?!” Xeyr, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar haqq yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.
Təfsir
Məgər bütün məxluqatın ruzisini Öz üzərinə götürən, hər bir kəsin əməlini müşayiət edən və etdikləri əməllərin qarşılığını verən ibadət edilməyə daha layiqdir, yoxsa ibadət edilməyə heç bir haqqı olmayan bu bütlər?! Kafirlər zülm və yalan olaraq bu bütləri Allaha şəriklər qəbul etdilər. Ey Peyğəmbər! Onlara de: "Əgər siz bu iddanızda doğrusunuzsa, elə isə bizə, Allahdan başqa ibadət ediyiniz bütlərin adlarını bir söyləyin görüm. Yoxsa siz yer üzündə Allahın bilmədiyi şərikləri Ona xəbərmi verirsiniz?! Yaxud həqiqətə uyğun olmayan boş sözlərmi söyləyirsiniz?! Əksinə, şeytan kafir olanlara pis əməllirini onlara yaxşı göstərdi, onlarda bunun səbəbindən Allaha küfür etdilər və beləliklə də onları haqq və hidayət yolundan azdırdı. Allah kimi haqq yoldan azdırarsa onu doğru yola yönəldən kimsə olmaz.