An-Nur surəsi, ayə 44

24:44

يُقَلِّبُ ٱللَّهُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّأُوْلِي ٱلۡأَبۡصَٰرِ ٤٤

Yuqallibullāhul-layla wan-nahāra inna fī dhālika la'ibratal li ulil-absār

Allah gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.

Təfsir

Uca Allah, uzun və qısa, gediş və gəliş olmaqla gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, sizə zikir edilən bu ayələrdə bəsirət sa­hibləri üçün uca Allahın rübubiyyətinə, qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillər və ibrətlər vardır.