An-Nur surəsi, ayə 13

24:13

لَّوۡلَا جَآءُو عَلَيۡهِ بِأَرۡبَعَةِ شُهَدَآءَۚ فَإِذۡ لَمۡ يَأۡتُواْ بِٱلشُّهَدَآءِ فَأُوْلَٰٓئِكَ عِندَ ٱللَّهِ هُمُ ٱلۡكَٰذِبُونَ ١٣

Llawlā jā'ū 'alayhi bi arba'ati shuhadā'a fa idh lam ya'tū bish-shuhadā'i fa ulā'ika 'indallāhi humul-kādhibūn

Kaş ki buna dair dörd şahid gətirsəydilər. Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.

Təfsir

Möminlərin anası Aişəyə - Allah ondan razı olsun - bu böyük iftiranı atanlar, qoy ona nisbət etdikləri bu iddianın doğruluğuna dair şahidlik edən dörd şahid gətirsinlər. Əgər onlar bu iddialarının doğruluğuna dair dörd şa­hid gə­tirməzlərsə - onlar bunu heç vaxt gətirə bilməyəcəklər də - deməli on­lar, Allahın hökmünə əsasən əsl yalan­çı­­ olanlardır.