An-Nur surəsi, ayə 10

24:10

وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ وَأَنَّ ٱللَّهَ تَوَّابٌ حَكِيمٌ ١٠

Walawlā fadlullāhi 'alaykum warahmatuhū wa annallāha tawwābun hakīm

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı (yalan danışanlara cəzanı dərhal verərdi). Allah tövbələri qəbul edəndir və hikmət sahibidir.

Təfsir

Ey İnsanlar! Əgər Allahın sizə qarşı lütfü və mər­hə­məti olmasaydı, qullarından tövbə edənlərin tövbəsini qəbul edən, işlərində və şəri hökmlərində hikmət sahibi olmasaydı, bu zaman günahkarlara cəza verməyə və etdikləri günahları insanlara bəyan edib, onları insanlar arsaında rəzil və rüsvay etməyə tələsərdi.