يَوۡمَئِذٖ يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ ٱلرَّسُولَ لَوۡ تُسَوَّىٰ بِهِمُ ٱلۡأَرۡضُ وَلَا يَكۡتُمُونَ ٱللَّهَ حَدِيثٗا ٤٢
Yawma'idhin yawaddul-ladhīna kafarū wa'asawur-rasūla law tusawwā bihimul-ardu walā yaktumūnallāha hadīthā
Küfr edib Peyğəmbərə asi olanlar o gün yerlə bir olmalarını təmənna edər və heç bir sözü Allahdan gizlədə bilməzlər.
Təfsir
Allaha küfr edib Onun peyğəmbərinə - səllallahu aleyhi və səlləm - asi olanlar o əzəmətli gündə torpaq olub, yerlə bərabər olmalarını təmənna edər və etdikləri əməllərdən heç bir şeyi Allahdan gizlədə bilməzələr. Çünki Allah, o gün onların ağızlarına möhürləyər, danışa bilməzlər və Allah onların əzalarına izin verər, əzaları onların etdikləri əməllərə şahidlik edərlər.