An-Nisa surəsi, ayə 125

4:125

وَمَنۡ أَحۡسَنُ دِينٗا مِّمَّنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ وَٱتَّبَعَ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبۡرَٰهِيمَ خَلِيلٗا ١٢٥

Waman ahsanu dīnam mimman aslama wajhahū lillāhi wahuwa muhsinun wattaba'a millata ibrāhīma hanīfan wattakhadhallāhu ibrāhīma khalīlā

Yaxşı əməl sahibi olduğu halda özünü Allaha təslim edən və hənif İbrahimin dininə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi (Özünə yaxın) dost tutmuşdur.

Təfsir

Niyyətini yalnız Allah üçün edib, aşkarda və gizlində özünü Alla­ha təslim edən, şəriətə gözəl bir şəkildə tade olan və əslən Muhəmmədin - səllallahu aleyhi və səlləmin - dini olan, şirkdən və küfrdən tövhidə və imana meyil edib İbra­himin - aleyhissəlam - dini­nə tabe olan şəxs­dən din baxı­mın­dan daha gö­zəl kimsə yoxdur. Allah İb­ra­him - aleyhissəlam - peyğəmbəri insanlar içərisindən kamil bir məhəbbətlə dost seçmişdir.