إِذۡ قَالَ مُوسَىٰ لِأَهۡلِهِۦٓ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا سَـَٔاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ ءَاتِيكُم بِشِهَابٖ قَبَسٖ لَّعَلَّكُمۡ تَصۡطَلُونَ ٧
Idh qāla mūsā li ahlihī innī ānastu nāran sa'ātīkum minhā bikhabarin aw ātīkum bishihābin qabasil la'allakum tastalūn
Bir zaman Musa öz ailəsinə: “Mən bir od gördüm. (Qoy gedib) ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız”– demişdi.
Təfsir
Ey Peyğəmbər! Musa (Mədyəndən Misirə gedərkən) öz ailəsinə: "Mən, bir od gördüm. (Siz burada gözləyin) mən gedim o odu yandıran kimsədən, bizə doğru yolu göstərən bir xəbər və ya soyuqdan isinməniz üçün sizə bir köz gətirim – dediyini yadına sal!