An-Naml surəsi, ayə 43

27:43

وَصَدَّهَا مَا كَانَت تَّعۡبُدُ مِن دُونِ ٱللَّهِۖ إِنَّهَا كَانَتۡ مِن قَوۡمٖ كَٰفِرِينَ ٤٣

Wasaddahā mā kānat ta'budu min dūnillāhi innahā kānat min qawmin kāfirīn

Allahdan başqa tapındığı şeylər o qadını (tövhiddən) yayındırmışdır. Çünki o, kafir bir qövmdən idi.

Təfsir

Qövmünə tabe olub, onlara təqlid edərək Allahdan başqa tapındı­ğı şeylər o qadını tək Allaha ibadət etməkdən ya­yın­dır­mışdır. Şübhəsiz ki, o qadın, Allaha küfür edən bir qövmdən idi və özüdə elə onlar kimi kafir idi.