وَأَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰ لَا تَخَفۡ إِنِّي لَا يَخَافُ لَدَيَّ ٱلۡمُرۡسَلُونَ ١٠
Wa alqi 'asāka falammā ra'āhā tahtazzu ka annahā jānnun wallā mudbiran walam yu'aqqib yāmūsā lā takhaf innī lā yakhāfu ladayyal-mursalūn
Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. (Allah dedi:) “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.
Təfsir
"Əsanı yerə at!" Musa əmrə tabe olub əlindəki əsanı yerə atdı. Musa əsanın ilan kimi qıvrılb hərəkət etdiyini görüncə arxaya baxmadan qaçdı və geriyə də dönmədi. Bu zaman Uca Allah ona belə buyurdu: "Ondan qorxma! Çünki Mənim yanımda elçilər nə bir ilandan, nə də ki, başqa bir şeydən qorxmazlar.