An-Najm surəsi, ayə 31

53:31

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى ٣١

Walillāhi mā fis-samāwāti wamā fil-ardi liyajziyal-ladhīna asā'ū bimā 'amilū wayajziyal-ladhīna ahsanū bil-husnā

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.

Təfsir

Göylərdə və yerdə nə varsa - mülk, yaratmaq və idarə etmək təkcə Alla­ha məxsusdur. Bu, Allahın dünyada pislik edənlərə əməl­lərinə görə layiq olduqları əzabı verməsi, yaxşılıq edən­ möminləri isə Cənnətlə müka­fatlandırması üçündür.