وَأَوۡفُواْ بِعَهۡدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمۡ وَلَا تَنقُضُواْ ٱلۡأَيۡمَٰنَ بَعۡدَ تَوۡكِيدِهَا وَقَدۡ جَعَلۡتُمُ ٱللَّهَ عَلَيۡكُمۡ كَفِيلًاۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا تَفۡعَلُونَ ٩١
Wa awfū bi'ahdillāhi idhā 'āhattum walā tanqudul-aymāna ba'da tawkīdihā waqad ja'altumullāha 'alaykum kafīlan innallāha ya'lamu mā taf'alūn
Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah nələr etdiyinizi bilir.
Təfsir
Allaha və insanlara verdiyiniz bütün vədlərə sadiq olun, Allah adına möhkəm and içdikdən sonra andlarınızı əsla pozmayın. Çünki siz verdiyiniz sözə vəfalı olacağınıza dair Allahı özünüzə şahid etmisiniz. Şübhəsiz ki, Allah sizin etdiyinizi hər bir şeyi bilir. Bunların heç biri Ona gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını verəcəkdir.