An-Nahl surəsi, ayə 88

16:88

ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ زِدۡنَٰهُمۡ عَذَابٗا فَوۡقَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يُفۡسِدُونَ ٨٨

Alladhīna kafarū wasaddū 'an sabīlillāhi zidnāhum 'adhāban fawqal-'adhābi bimā kānū yufsidūn

Kafir olub (insanları) Allah yolundan azdıranlara, törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq.

Təfsir

Uca Allaha küfür edib, başqalarını da Allah yolundan azdıranlara, törət­dik­lə­ri fitnə-fəsadlarının və başqalarını azdırmalarının səbəbi ilə etdikləri küfür əməllərinə görə layiq olduqları əzablarının üs­tündən bir əzab da artıra­cağıq.