An-Nahl surəsi, ayə 72

16:72

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ٧٢

Wallāhu ja'ala lakum min anfusikum azwājan waja'ala lakum min azwājikum banīna wahafadatan warazaqakum minat-tayyibāti afabil-bātili yu'minūna wabini'matillāhi hum yakfurūn

Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb, Allahın nemətini inkarmı edirlər?

Təfsir

Ey İnsanlar! Uca Allah sizin üçün özü­nüz­dən bir-birinizə alışıb, ünsiyyət qurduğunuz zöv­cələr yaratdı. Zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar, nəvələr və nəticələr yaratdı. Sizə ət, dənli bitkilər, meyvələr və s. yeyiləcək pak ruzilər verdik. Bundan sonra siz batil bütlərəmi inanırsınız?! Uca Allahın sizə bəxş etdiyi saysız-hesabsız nemətlərini inkar edib, tək Allaha iman edərək Ona şükür etmirsiniz?!