أَفَمَن يَخۡلُقُ كَمَن لَّا يَخۡلُقُۚ أَفَلَا تَذَكَّرُونَ ١٧
Afaman yakhluqu kamal lā yakhluqu afalā tadhakkarūn
Heç yaradan (Allah), yarada bilməyənə (məxluqa) bənzəyərmi?! Məgər düşünmürsünüz?
Təfsir
Məgər bütün bunları və bundan başqa olan şeyləri yaradan, heç bir şey yarada bilməyən kimsə ilə eyni ola bilərmi?! Doğurdanmı siz, hər bir şeyi yaradan Allahın əzəməti barədə düşünümürsünüz? Elə isə siz, yalnız Ona ibadət edin və Ona, heç bir şeyin yaratmağa qadir olmayanları şərik qoşmayın!