An-Nahl surəsi, ayə 118

16:118

وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ١١٨

Wa'alal-ladhīna hādū harramnā mā qasasnā 'alayka min qablu wamā zalamnāhum walākin kānū anfusahum yazlimūn

Sənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər.

Təfsir

Sənə, əl-Ənam surəsi: 146 cı ayədə xəbər verdiyimiz şey­lərin eynisini da­ha öncə xüsusilə yəhudilərə ha­ram etmişdik. Biz bunları haram etməklə onlara zülm et­mədik, lakin onlar qadağan olunan əməlləri edərək özləri öz­lə­­rinə zülm edirdilər. Biz də onların azğınlıqlarına görə cəzalandırdıq və onlara cəza olaraq bunları haram etdik.