Al-Qasas surəsi, ayə 79

28:79

فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ فِي زِينَتِهِۦۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا يَٰلَيۡتَ لَنَا مِثۡلَ مَآ أُوتِيَ قَٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٖ ٧٩

Fakharaja 'alā qawmihī fī zīnatihī qālal-ladhīna yurīdūnal-hayawātad-dunyā yālayta lanā mithla mā ūtiya qārūnu innahū ladhū hazzin 'azīm

(Qarun) öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.

Təfsir

Biz gün Qarun öz zinəti içində təmtəraqla, özünü göstərərək xalqının qarşısına çıxdı. Bu zaman dün­ya hə­ya­tı­nın zinətinə tamah edən Qarunun əshabından bəziləri belə de­di­lər: "Kaş ki, Qaruna verilən dünya zinətinin bən­zəri bizə də veriləydi! Hə­qiqə­tən, Qarun, dünya nemətlərindən yetəri qədər böyük bir paya sa­hi­bdir!"