Al-Qasas surəsi, ayə 24

28:24

فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَآ أَنزَلۡتَ إِلَيَّ مِنۡ خَيۡرٖ فَقِيرٞ ٢٤

Fasaqā lahumā thumma tawallā ilaz-zilli faqāla rabbi innī limā anzalta ilayya min khayrin faqīr

(Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”

Təfsir

Musa o iki qıza acıyaraq onların yerinə qo­yunlara su verdi, sonra onlardan ayrılaraq köl­gəyə çə­kilib orada dincəldi. Sonra da öz ehtiyacını Rəbbinə ərz edərək Ona dua edib belə dedi: "Ey Rəbbim! Sənin mənə nazil edəcəyin hər bir xey­rə eh­ti­ya­cım var!"