كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ ٤٢
Kaddhabū bi'āyātinā kullihā fa akhadhnāhum akhdha 'azīzim muqtadir
Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
Təfsir
Onlar Bizim göndərdiyimiz dəlilləri və sübutları yalan saydılar. Biz də onları bu dəlilləri yalan saydıqlarına görə, heç kəsin üstün gələ bilmədiyi qüdrətli və heç kəsin qarşısında aciz qalmayan qadir Allahın cəzası ilə cəzalandırdıq.