تَجۡرِي بِأَعۡيُنِنَا جَزَآءٗ لِّمَن كَانَ كُفِرَ ١٤
Tajrī bi a'yuninā jazā'al liman kāna kufir
İnkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.
Təfsir
Qövmü tərəfindən yalançı sayılmış və Allahdan təbliğ etdiyi risaləti inkar edilmiş Nuha zəfər bəxş etmək üçün, o gəmi təlamütlü sular içində, gözlərimiz önündə və mühafizəmiz altında üzüb gedirdi.