Al-Munafiqun surəsi, ayə 6

63:6

سَوَآءٌ عَلَيۡهِمۡ أَسۡتَغۡفَرۡتَ لَهُمۡ أَمۡ لَمۡ تَسۡتَغۡفِرۡ لَهُمۡ لَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ٦

Sawā'un 'alayhim astaghfarta lahum am lam tastaghfir lahum lan yaghfirallāhu lahum innallāha lā yahdil-qawmal-fāsiqīn

(Ey Peyğəmbər!) Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz.

Təfsir

Ey Peyğəmbər! Sən onların günahları üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onların günahlarını bağışlamayacaqdır. Şübhəsiz ki, Allah, Onun itaətindən çıxan və Ona asi olmaqda israrlı olan kimsələri haqq yola yönəltməz.