وَأَنفِقُواْ مِن مَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ فَيَقُولَ رَبِّ لَوۡلَآ أَخَّرۡتَنِيٓ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّٰلِحِينَ ١٠
Wa anfiqū mim mā razaqnākum min qabli an ya'tiya ahadakumul-mawtu fayaqūla rabbi lawlā akkhartanī ilā ajalin qarībin fa assaddaqa wa akum minas-sālihīn
Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməzdən öncə sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin.
Təfsir
Sizlərdən birinə ölüm gəldikdə, öz Rəbbinə: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, malımdan Allah yolunda sədəqə verim və Uca Allahın yaxşı işlər görən əməlisaleh qullarından olum!”– deməmişdən əvvəl Allahın sizə verdiyi ruzidən xərcləyin.