Al-Mu'minun surəsi, ayə 92

23:92

عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٩٢

'Ālimil-ghaybi wash-shahādati fata'ālā 'ammā yushrikūn

O, qeybi və aşkarı biləndir. Allah (müşriklərin) Ona qoşduqları şəriklərdən ucadır.

Təfsir

Allah, bütün məxluqatdan gizli qalan və həmçinin aşkarda olub onların görüb, hiss etdikləri hər bir şeyi haqqı ilə bi­lən­dir. Bunlardan heç bir şey uca Allahdan əsla gizli qalmaz. Allah Onun şəriki olmasından münəzzəhdir və ucadır.