فَأَرۡسَلۡنَا فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ٣٢
Fa arsalnā fīhim rasūlam minhum ani'budullāha mā lakum min ilāhin ghayruhū afalā tattaqūn
Onlara özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
Təfsir
Biz onların içindən, onları Allaha dəvət etməsi üçün bir peyğəmbər göndərdik. O peyğəmbər onlara belə dedi: "Ey Qövmüm! Özündən başqa ilah olmayan tək Allaha ibadət edin. Sizin ondan başqa heç bir haqq məbudunuz yoxdur. Məğər siz Uca Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Onun əzabından qorxmursunuz?!"