فَعَسَىٰ رَبِّيٓ أَن يُؤۡتِيَنِ خَيۡرٗا مِّن جَنَّتِكَ وَيُرۡسِلَ عَلَيۡهَا حُسۡبَانٗا مِّنَ ٱلسَّمَآءِ فَتُصۡبِحَ صَعِيدٗا زَلَقًا ٤٠
Fa'asā rabbī an yu'tiyani khayram min jannatika wayursila 'alayhā husbānam minas-samā'i fatusbiha sa'īdan zalaqā
ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün.
Təfsir
Uca Allahın mənə, sənin bağından daha yaxşısını vcerəcəyini, sənin bağına isə səmadan bir əzab göndərib oranı sürüşkən, ayaq basılması mümkün olmayan və heç bir şey bitməyən, qupquru olacağını düşünürəm.