قُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا لَبِثُواْۖ لَهُۥ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَبۡصِرۡ بِهِۦ وَأَسۡمِعۡۚ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا يُشۡرِكُ فِي حُكۡمِهِۦٓ أَحَدٗا ٢٦
Qulillāhu a'lamu bimā labithū lahū ghaybus-samāwāti wal-ardi absir bihī wa asmi' mā lahum min dūnihī min waliyyin walā yushriku fī hukmihī ahadā
De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O Öz hökmünə heç kəsi şərik etməz!”
Təfsir
Ey Peyğəmbər! Onlara de: "Əshabi-kəhfin mağaralarında nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Artıq uca Allah onların mağaralarında qaldıqları müddəti bizə bildirmişdir. Bundan sonra bir kimsənin uca Allahın söylədiyinin üzərinə hər hansı bir söz söyləməyə haqqı yoxdur. Çünki göylərin və yerin qeybində olan hər bir şeyin yaradılması və elmi yalnız Ona aiddir. Uca Allah nə gözəl görəndir, O, hər bir şeyi görür. Uca Allah nə gözəl eşidəndir, O, hər bir şeyi eşidir! İnsanların Allahdan başqa onların işlərinə yardım edən heç bir dostu və himayədarı yoxdur. Uca Allah Öz hökmünə heç bir kimsəni əsla şərik etməz. Höküm verən yalnız Odur!"