Al-Kahf surəsi, ayə 16

18:16

وَإِذِ ٱعۡتَزَلۡتُمُوهُمۡ وَمَا يَعۡبُدُونَ إِلَّا ٱللَّهَ فَأۡوُۥٓاْ إِلَى ٱلۡكَهۡفِ يَنشُرۡ لَكُمۡ رَبُّكُم مِّن رَّحۡمَتِهِۦ وَيُهَيِّئۡ لَكُم مِّنۡ أَمۡرِكُم مِّرۡفَقٗا ١٦

Wa idhi'tazaltumūhum wamā ya'budūna illallāha fa wū ilal-kahfi yanshur lakum rabbukum mir rahmatihī wayuhayyi' lakum min amrikum mirfaqā

Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, elə isə mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.

Təfsir

Madam ki, siz qövmünüzdən uzaqlaşdınız, onların Allah­dan savayı ibadət etdik­lə­rini tərk etdi­niz və bundan sonra da yalnız Uca Allaha ibadət edəcəksiniz, elə isə dininizdə sabit qalıb, fitnəyə düşməməkdən ötrü mağa­raya sığı­nın ki, Rəbbiniz sizə Öz mərhə­mə­tini geniş etsin, sizi düşməninizdən hifz edib, onların şərindən qorusun, həyatınızda faydalanasınız deyə işi­nizi asanlaşdırsın və sizə qövmünüz arasında yaşamaqdan daha da xeyirli bir həyat bəxş etsin!