هَٰذَا هُدٗىۖ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٌ ١١
Hādhā hudan walladhīna kafarū bi'āyāti rabbihim lahum 'adhābum mir rijzin alīm
Bu (Quran) doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənlər üçün ən şiddətli, ağrılı-acılı əzab vardır.
Təfsir
Rəsulumuz Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil etdiyimiz bu kitab doğru yol göstəricisidir. Allahın Öz rəsuluna nazil etdiyi ayələrini inkar edən kimsələri ağrılı-acılı ən pis əzab gözləyir.