رَّبُّكُمۡ أَعۡلَمُ بِمَا فِي نُفُوسِكُمۡۚ إِن تَكُونُواْ صَٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلۡأَوَّٰبِينَ غَفُورٗا ٢٥
Rrabbukum a'lamu bimā fī nufūsikum in takūnū sālihīna fa innahū kāna lil-awwābīna ghafūrā
Rəbbiniz qəlblərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.
Təfsir
Ey İnsanlar! Rəbbiniz, Ona etdiyiniz ibadətləri, gördüyünüz saleh əməlləri və ata-anaya yaxşılıq edərkən qəlbinizdəki ixlası çox yaxşı bilir. Əgər etdiyiniz ibadətlərinizdə, ata-anaya və başqalarına qarşıolan rəftarınızda niyyətiniz yaxşı olarsa, bilin ki, həqiqətən də, Uca Allah, günah etdikdən sonra tövbə edib, Allaha tərəf qayıdanları bağışlayandır. Kim, Allahın və valideyinlərinin itaətdində yol verdiyi naqislikdən tövbə edərsə, Uca Allah onu bağışlayıb, əfv edər!