فَٱسۡتَجَابَ لَهُمۡ رَبُّهُمۡ أَنِّي لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٖ مِّنكُم مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰۖ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۖ فَٱلَّذِينَ هَاجَرُواْ وَأُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأُوذُواْ فِي سَبِيلِي وَقَٰتَلُواْ وَقُتِلُواْ لَأُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأُدۡخِلَنَّهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ ثَوَابٗا مِّنۡ عِندِ ٱللَّهِۚ وَٱللَّهُ عِندَهُۥ حُسۡنُ ٱلثَّوَابِ ١٩٥
Fastajāba lahum rabbuhum annī lā udī'u 'amala 'āmilim minkum min dhakarin aw unthā ba'dukum mim ba'din falladhīna hājarū wa ukhrijū min diyārihim wa ūdhū fī sabīlī waqātalū waqutilū la ukaffiranna 'anhum sayyi'ātihim wala'udkhilannahum jannātin tajrī min tahtihal-anhāru thawābam min 'indillāhi wallāhu 'indahū husnuth-thawāb
Rəbbi onlara (belə) cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz (kişi, qadın, savab və cəza baxımında eynidir). Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”.
Təfsir
Rəbbi də onların dualarını qəbul edib cavab verdi: "Mən, sizlərdən yaxşı işlər görən istər kişi, istərsə də qadın olsun, heç bir kəsin əməlini az və ya çox olmasından aslı olmayaraq puç etmərəm. Siz hamınız dində eyni hökmdəsiniz. Kişinin savabı artırılmaz, qadının savabı isə azaldılmaz. Allah yolunda hicrət edənlərin, kafirlər tərəfindən öz yurdlarından çıxarılanların, Rəbbinə itaət etdiyinə görə əziyyətə düçar olanların, Allah yolunda vuruşanların və Allahın - lə ilahə illəlllah - kəliməsi uca olması uğrunda öldürülənlərin, Qiyamət günü əlbəttə, günahlarını bağışlayıb, təqsirlərindən keçəcək və onları ağacları və qəsirləri altından çaylar axan Cənnətlərə daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Misli olmayan gözəl mükafat məhz Allah yanındadır".