ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيۡنَآ أَلَّا نُؤۡمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأۡتِيَنَا بِقُرۡبَانٖ تَأۡكُلُهُ ٱلنَّارُۗ قُلۡ قَدۡ جَآءَكُمۡ رُسُلٞ مِّن قَبۡلِي بِٱلۡبَيِّنَٰتِ وَبِٱلَّذِي قُلۡتُمۡ فَلِمَ قَتَلۡتُمُوهُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٨٣
Alladhīna qālū innallāha 'ahida ilaynā allā nu'mina lirasūlin hattā ya'tiyanā biqurbānin ta'kuluhun-nāru qul qad jā'akum rusulum min qablī bil-bayyināti wabilladhī qultum falima qataltumūhum in kuntum sādiqīn
“(Doğrusu,) Allah bizdən əhd almışdı ki, odun yandıracağı bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq”– deyənlərə (belə) de: “Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz (qurbanla) gəlmişdilər. Əgər doğru danışırsınızsa, onda nə üçün onları öldürdünüz?”
Təfsir
Onlar yalandan, böhtan ataraq dedilər: "Doğrusu, Allah nazil etdiyi kitablarında və Peyğəmbərlərinin dili ilə bizdən əhd almışdı ki, göydən bir od gəlib Allah üçün olan sədəqəni odun yandıracağı sözünü təsdiqləyən gətirməyincə heç bir peyğəmbərə inanmayaq". Onlar bu əhdi Allaha nisbət edərək həm Allah adından həm də peyğəmbərlərin sadiqiliyinə dəlalət edən dedikləri mövcüzələr barədə yalan danışdılar. Elə buna görə də Allah peyğəmbəri Muhəmmədə - sallallahu aleyhi və səlləm - onlara belə deməyi əmr etdi: "Məndən əvvəl sizə peyğəmbərlər onların sadiqliyinə dəlalət edən açıq-aydın dəlillərlə və göydən bir od gəlib yandıracağı qurbanı gətirmişdilər. Əgər dediklərinizdə doğru danışırsınızsa, onda nə üçün onları yalançı sayıb öldürdünüz?"