يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تُطِيعُواْ ٱلَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ ١٤٩
Yā'ayyuhal-ladhīna āmanū in tutī'ul-ladhīna kafarū yaruddūkum 'alā a'qābikum fatanqalibū khāsirīn
Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi (dininizdən) geri döndərər və beləliklə də, siz ziyana uğramış halda geri qayıdarsınız.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Əgər yəhudiləri, nəsraniləri və müşriklərdən olan kafirlərin sizə əmr etdiklərinə itaət etsəniz, onlar sizi iman etdikdən sonra cahillik dövründə olduğunuz kimi sizi dininizdən küfrə geri döndərər və beləliklə də, siz dünya və axirətdə ziyana uğramış halda geri dönərsiniz.