Al-Imran surəsi, ayə 146

3:146

وَكَأَيِّن مِّن نَّبِيّٖ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٞ فَمَا وَهَنُواْ لِمَآ أَصَابَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُواْ وَمَا ٱسۡتَكَانُواْۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّٰبِرِينَ ١٤٦

Waka'ayyim min nabiyyin qātala ma'ahū ribbiyyūna kathīrun famā wahanū limā asābahum fī sabīlillāhi wamā da'ufū wamastakānū wallāhu yuhibbus-sābirīn

Neçə-neçə peyğəmbər (olmuşdur ki,) onlarla birlikdə bir çox dindarlar da vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn (müsibətlərə) görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevər.

Təfsir

Allahın peyğəmbərlərindən neçə-neçə peyğəmbər çoxlu sayda ona tabe olan dindarlarla bir­likdə vuruş­muşlar. Onlar Allah yolunda başlarına gələn­ ölüm və ya yaralanmağa görə nə zəifləmiş, nə düşmənlə döyüşməkdən acizlik göstərmiş, nə də düşmənə tabe olmuşlar. Əksinə, səbir edib sabitqədəm olmuşdular. Allah Onun yolunda çətinliklərə və məşəqqətlərə səbir edən­ləri sevər!