Al-Imran surəsi, ayə 118

3:118

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ بِطَانَةٗ مِّن دُونِكُمۡ لَا يَأۡلُونَكُمۡ خَبَالٗا وَدُّواْ مَا عَنِتُّمۡ قَدۡ بَدَتِ ٱلۡبَغۡضَآءُ مِنۡ أَفۡوَٰهِهِمۡ وَمَا تُخۡفِي صُدُورُهُمۡ أَكۡبَرُۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ ١١٨

Yā'ayyuhal-ladhīna āmanū lā tattakhidhū bitānatam min dūnikum lā ya'lūnakum khabālan waddū mā 'anittum qad badatil-baghdā'u min afwāhihim wamā tukhfī sudūruhum akbaru qad bayyannā lakumul-āyāti in kuntum ta'qilūn

Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın. (Çünki) onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Qəlblərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.

Təfsir

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Möminlərdən başqalarını, sirrinizi onlara bildirərək özünüzə sir­daş, dost tut­­mayın. Çünki onlar sizə zərər yetirməkdən, sizə qarşı fəsad tö­rətməkdən əl çək­məz­lər, əksinə sizə zərər verməyi və si­zi sı­xıntıya salmaqı təmənna edərlər. Artıq onların sizə qarşı bəslədikləri düşmənçilik və nifrət hissiləri, həm dininizə tənə edib, arxanızca danışmaqla həm də ki, sirrlərinizi ifşa etməklə dillərindən çıxan söz­lər­dən bəllidir. Köks­lərində giz­lət­dik­ləri düşmən­çi­lik isə bundan daha bö­yükdür. Ey Möminlər! Əgər Rəbbinizdən sizə nazil edilən ayələri anlayırsınızsa, artıq Biz, dünya və axirətdə sizə faydalı olan şeyləri açıq-aydın bəyan etdik.