لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ ٨٨
Lā tamuddanna 'aynayka ilā mā matta'nā bihī azwājam minhum walā tahzan 'alayhim wakhfid janāhaka lil-mu'minīn
Kafirlərdən bəzilərinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminləri (mərhəmət) qanadının altına al
Təfsir
Kafirlərdən bəzilərinə verdiyimiz müxtəlif növlü fani dünya malına gözünü dikmə, onların səni yalançı saydıqlarına görə qəm-qüssə etmə və möminlərə qarşı da təvazökar ol!.